Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək
Respublikamızın Prezidenti martın 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçin rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul etmiş,vəzifə icrasına başlamamışdan qabaq bir çox tövsiyə və tapşırıqlarını rayon rəhbərinin nəzərinə çatdırmışdır.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarında biridir. Rayonun potensialı genişdir. Artıq bir qədər sonra Laçın rayonundan olan keçmiş məcburi köçkünlər tezliklə ora qayıdıb rahat yaşayacaqlar. Azərbaycan dövləti bunu təmin edəcək. Laçın rayonu 28 ildir ki işğal altında idi. Bildiyimiz kimi bu rayon öz təbiətinə sərvətlərinə görə çox zəngindir. Erməni işğalçıları burada olanda Laçının sərvətlərini o cümlədən 60 min hektar meşə massivini talayıb məhv etmişlər. Eyni zamanda ermənilər buraya xarici ölkələrdən erməniləri götürüb məskunlaşdırmışlar.Bu isə beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Şuşadan sonra Laçının işğal olması Azərbaycanda çox böyük siyasi böhranlara səbəb oldu. Nəticədə hakimiyyət böhranından istifadə edən AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Bu amil sonrakı böhranlara da yol açdı. Çox keçmədi ki 1993-cü ilin aprelində Kəlbəcərin də işğal olunması Azərbaycanda vəziyyəti gərginləşdirməklə yanaşı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yarandı. Bütün bunlar Azərbaycanın birinci Qarabağ müharibəsində məğlubiyyətinin əsas şərti olmuşdur. Azərbaycan Laçın rayonunu həm döyüş yolu ilə həm də siyasi yolla azad etmişdir. Laçının bir sıra kəndləri azad edilmişdi. Şuşa və Laçinin azad edilməsi Qarabağ müharibəsində bizim qələbəmizi təmin etdi və Ermənistanın kapitulyasiyasına gətirib çıxardı. Uzun illər ATƏT-in Minsk qrupu danışıqlar adı ilə vaxtı uzadır, ermənipərəst mövqe tuturdular. Bununla da onlar işğalı daha da möhkəmləndirir destruktiv təklifləri ilə Azərbaycanı məğlubiyyətlə barışmağa sürükləyirdilər. İndi həmsədrlərdən biri olan Fransanın uzun illər fəaliyyəti bizə məlum olmuşdur. İşğal dövründə bunu pərdələmək istəyirdilər. Müharibədən kecən iki il ərzində Azərbaycan sübut etdi ki onunla ultimatum şəklində danışmaq mümkünsüzdürBundan sonra bizim vəzifəmiz həm Laçin rayonunun təhlükəsizliyini qorumaq həm də keçmiş köçkünlərin buraya qaytarılmasıdır. Bu məqsədlə sərhəd zonasinda mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Həmçinin 100 km lərlə kəndlərarası müasir yollar çəkilmişdir. Təhküləsizliklə bağlı elə işlər görülür ki ora qayıdan soydaşlarımız tam təhlükəsiz şəraitdə yaşasınlar.
İkinci Qarabağ müharibəsi bitəndə Laçın şəhəri hələ bizim nəzarətimizdə deyildi. Noyabrın 9-da Rusiya Prezidenti ilə uzun telefon danışıqları nəticəsində nail olduq ki,alternativ yol çəkilsin. İkinci yol keçən ilin avqustun 2-də artıq istismara hazır idi. Eyni zamanda Laçın şəhərində, Zabux, Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər oradan avqustun 25 çıxarılmışdır. Biz eyni zamanda Laçın rayonunda beynəlxalq hava limanı inşa etdik. Bunun üçün dağları kəsərək böyük torpaq işləri görərək buna nail olduq. Çünki dağ massivində hava limanı tikmək olduqca çətin idi. Kəlbəcər Laçın yolunda bir çox tunellər inşa edilmişdir. Məsələn, Murov dağının altından keçən tunelin uzunluğu 12 km olacaq. Beləliklə Göygöldən də Şərqi Zəngəzura yol açırıq. Müharibə qurtaran kimi Laçın rayonunda quruculuq işlərinə start verilmişdir. Laçın şəhərində isə keçən ilin avqustundan işlər başlamışdır. İlk öncə 500 nəfərin Laçın şəhərinə qaytarılması nəzərdə tutulub. Bunun üçün evlərin tikintsi və ya ermənilər tərəfindən dağılmış evlərin bərpasına başlanılmışdır. Cari ilin sonuna qədər 500 evin tikintisi eyni zamanda 30-a qədər ictimai binanın tikintisi nəzərdə tutulub. Laçın şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məscid inşa ediləcək. Zabux və Sus kəndləri yenidən qurulur, Zabuxda 1000 Susda isə 300 dən çox insan yerləşdiriləcək. Ümumiyyətlə Laçın rayonunda bu il və gələn il 10000 dən çox keçmiş köçkün yerləşdiriləcək. Laçın nəinki Azərbaycanın eyni zamanda dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Burada infrastruktur yenilənir. Laçının çox zəngin təbiəti memarlıq abidələri onu cənnətə çevirəcək. Köçürüldükdən sonra ətraf mühitin qorunmasına ciddi fikir verilməlidir. Qanunsuz torpaqların zəbt olunması,ekologiyanın çirkləndirilmısi yolverilməzdir.
Bundan başqa azad edilmiş bu rayonlarda su elektrik stansiyalarının tikintisi işi gedir. İlk belə stansiya Güləbird rayonunda inşa edilmişdir. Gələcəkdə stansiyaları, onların enerji gücünün artırılması prosesi daha da genişlənəcək. Gələcəkdə yeni idarəetmə modeli nəinki azad edilmiş rayonlarda respublikamızın bütün bölgələrində tətbiq ediləcək, və ölkəmizin inkişafına töhvə verəcək.
Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi