AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın – müasir şəhərsalmanın nümunəsi

Laçının bərpası yalnız mövcud tikililərin yenilənməsi ilə məhdudlaşmır. Şəhərin gələcək inkişafı xüsusi şəhərsalma konsepsiyası əsasında həyata keçirilir. 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan şəhərin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir.

Yeni şəhərsalma yanaşmasında insanların rahatlığı əsas prinsiplərdən biri kimi nəzərə alınır. “15 dəqiqəlik şəhər” prinsipi yaşayış məhəllələri ilə gündəlik tələbat obyektlərinin bir-birinə yaxın yerləşdirilməsini nəzərdə tutur. Bu yanaşma həm sakinlərin, həm də şəhərə gələn qonaqların rahat hərəkətinə imkan yaradır.

Laçında yeni yaşayış məhəllələrinin salınması da şəhərin genişlənməsinə imkan verəcək. Çoxmənzilli binalar, fərdi evlər və qeyri-yaşayış sahələri gələcəkdə şəhərin sosial-iqtisadi həyatını daha da canlandıracaq. Beləliklə, Laçın yalnız bərpa edilən deyil, yenidən planlaşdırılan şəhər kimi inkişaf edir.

Müasir şəhərsalma ilə tarixi irsin qorunması arasında balans yaratmaq Laçının gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Şəhərin yeni siması onun keçmişini unutdurmadan gələcəyə istiqamətlənir. Bu baxımdan Laçının bərpası Azərbaycanın şəhərsalma təcrübəsində xüsusi nümunə təşkil edir.

Emil Novruzov,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button