AnalitikaDünyaGündəmSiyasət

Laçın Beynəlxalq Hava Limanı

Laçının yeni inkişaf dövrünün diqqətçəkən layihələrindən biri Beynəlxalq Hava Limanıdır. Təməli 2021-ci ildə qoyulan hava limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur.

Hava limanının inşası Laçının nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, bölgənin beynəlxalq statusunun yüksəlməsinə də xidmət edir. Burada 3 min metr uzunluğunda uçuş-enmə zolağı və müasir terminal infrastrukturu yaradılıb. Terminalın saatda ən azı 200 sərnişinə xidmət göstərə bilməsi nəzərdə tutulub.

Hava limanının yerləşdiyi ərazi Laçınla yanaşı, Şuşa və Kəlbəcər kimi mühüm məkanlara da yaxın məsafədədir. Bu amil onun regional nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır. Gələcəkdə hava nəqliyyatının turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacağı gözlənilir.

Laçın Beynəlxalq Hava Limanı şəhərin yeni simasının mühüm elementlərindən biridir. Bir vaxtlar işğal səbəbindən nəqliyyat və yaşayış imkanlarından məhrum edilmiş ərazi bu gün müasir aviasiya infrastrukturu ilə tanınır. Bu dəyişiklik Laçının dirçəliş prosesinin miqyasını göstərən nümunələrdəndir.

Əhməd Talıbov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button