GündəmSəhiyyə

Krevet və taraklarda ölümcül və sağalmaz bakterial infeksiyalar aşkarlanıb

Corciya Universitetinin amerikalı alimləri xaricdən gətirilən krevet və tarakların tərkibində olan bakteriyalarda ən güclü antibiotiklərdən biri olan kolistinə qarşı müqavimət genlərini aşkar ediblər.

Globalnews.az “Report” a istinadən xəbər verir ki, tədqiqat “mSphere” elmi jurnalında dərc olunub.

Bütün digər dərmanlara davamlı infeksiyalar üçün yalnız son vasitə kimi istifadə edilən kolistin, mobil müqavimət genlərinin (mcr) meydana çıxması səbəbindən tədricən effektivliyini itirir. Bu genlər müxtəlif bakteriyalar arasında plazmidlər – DNT-nin mobil fraqmentləri vasitəsilə ötürülə bilər.

Tədqiqatçılar Atlanta bazarlarından alınan dəniz məhsulları nümunələrini analiz edərək, ilk dəfə onlarda “mcr” genləri olan bakteriyalar aşkar ediblər. Maraqlıdır ki, yerli dəniz məhsullarında belə patogenlərə rast gəlinmir.

Problem kolistinin bir çox ölkədə onilliklər ərzində heyvandarlıq istehsalında istifadə edilməsi ilə daha da çətinləşir ki, bu da müqavimətin yayılmasına səbəb olub. İndi antibiotik yenidən tibbdə kritik əhəmiyyət kəsb edir, kənd təsərrüfatında nəzarətsiz istifadə ucbatından onun effektivliyi aşağı düşür.

Antimikrobiyal müqavimət artıq hər il yüz minlərlə insanı öldürür. Qida məhsullarında “mcr” genlərinin tapılması onu göstərir ki, bu təhlükə insan orqanizminə təkcə xəstəxana infeksiyaları ilə deyil, adi qida ilə də daxil ola bilər.

Oxşar Xəbərlər

Back to top button