Konstitusiya quruluşumuzun bərpası yolunda uğurlu addımlar
Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində Ermənistandan fərqli olaraq mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmırdı, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilirdi. Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Həmçinin oda qeyd edə bilərik ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir. Sonunda hər zaman olduğu kimi indi də şanlı rəşadətli ordumuz yenidən düşmən üzərində parlaq qələbə çaldı və onların özlərindən fərqli olaraq qisası sivil əhalidən yox döyüş meydanında aldı. Bununla da Azərbaycanımızın konstitusiya quruluşumuzun bərpasında uğurlu addım atılmış oldu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş uzaq görən siyasəti nəticəsində, düşmənin beynəlxalq aləmdə atıb və atacağı addımlar tamamilə iflasa uğramış oldu. Cənab prezidentimizin sözləri ilə desək, xunta rejiminin havadarları birdə əzəli torpaqlarımıza göz diksə dəmir yumruq ilə onların başlarını yenidən əzəcəyik.
Sübhan Ərəbi,
YAP-ın fəalı