AnalitikaGündəm

Kəlbəcər yalnız bir şəhər deyil, bütün Azərbaycanın tarixinin və mübarizəsinin bir parçasıdır

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – kəlbəcərlilərin yolunu gözləyir. Hazırda bütün kəlbəcərlilər bayram ab-havasındadırlar. Cənab Prezidentimiz işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcərin də sosial və iqtisadi inkişafı üçün vacib siyasət yürüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.

Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq  vurulmuş ziyanın ödəməyə məcbur ediləcək. Artıq Ermənistan tarixə məğlub, Azərbaycan  isə zəfər çalmış ölkə kimi düşdü.

Kəlbəcər şəhəri günü, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin bir simvoludur. 25 noyabr, Kəlbəcərin işğaldan azad edildiyi və xalqın birliyinin təcəssüm tapdığı bir gündür. Bu gündə Kəlbəcərli və bütün Azərbaycan xalqı, torpaqlarının azad edilməsi üçün göstərilən zəhmət və fədakarlığı xatırlayır, gələcəyə ümidlə baxır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button