Keçmişdən bu günə və gələcəyə

1991-ci il Oktyabrın 18, Azərbaycan xalqının müstəqilliyinin yenidən bərpa olunduğu dövrdə Azərbaycan hərc-mərcliyin hökm sürdüyü bir ölkə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərqərar edilmiş, dinc quruculuq işlərinə başlanılmış, nəhayət regionun dinamik inkişaf etmiş ölkəsinə çevrilmişdir.
Heydər Əliyev xalqının tarixini yazırdı, tarixini yaradırdı. Illəri illərə calayaraq sanki bir rəssam, bir memar qüdrəti ilə bütün istedad və bacarığını möhtəşəm bir tablonun yaranmasına sərf edirdi. Böyük sevgi ilə ərsəyə gətirdiyi bu tablonun adı isə “Azərbaycan” idi. Ittifaqın ucqar, geridə qalan bir respublikası olan Azərbaycan məhz onun rəhbərliyinin birinci dövründə (1969-1982) davamlı inkişaf, yüksəliş və tərəqqiyə nail oldu. Bu zaman aralığında respublikamız iqtisadi artım tempinə görə ortaq ittifaq səviyyəsini ötdü. Bu nəaliyyətlər tikinti sektorunun, şəhərsalmanın inkişafına da təkan verdi, Azərbaycanın siması sürətlə dəyişdi. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir böyük sənaye mərkəzlərinə çevrildi. Quruculuq işləri Azərbaycanın bütün regionlarını həmçinin Naxçıvan Muxtar Respublikasını da əhatə etdi. Azərbaycanın ayrılmaz parçası olan Qarabağ Heydər Əliyevin xüsusi diqqət yetirdiyi bölgə idi. 1979-cu ilin yanvarın 12-də Heydər Əliyevin iştirakı ilə Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Azərbaycanın tacı, tarixi abidələr diyarı olan Şuşa qoruq şəhəri elan edildi.
Ulu Öndərin hakimiyyətinin ikinci dövründə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda siyasi böhran vəziyyəti yarandı. Çox böyük itkilər bahasına qazandığımız müstəqilliyimizə qənim kəsilən qüvvələr ölkədə vəyəndaş qarşıdurması yaranmasına rəvac vermişdilər. Belə ağır vəziyyətdə xalq öz xilasını yalnız Heydər Əliyevdə gördü. Ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev çox qısa bir zamanda siyasi sabitliyə naill oldu, islahatlar yolu ilə iqtisadiyyatın inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, elm, təhsil, idman, mədəniyyət və digər sahələrin tərəqqisinə nail oldu. Müstəqilliyimizin əbədi və dönməz olması yolunda Ulu Öndərin atdığı hər bir addım, reallaşdırdığı möhtəşəm layihələr yalnız və yalnız dövlətimizi və xalqımızın firavan gələcəyinə xidmət edir. Bu dahi şəxsiyyətin ilkin hakimiyyəti dövrü onun zəngin siyasi təcrübəyə, universal savada malik dövlət rəhbərinin azərbaycanın düşdüyü vəziyyətdən ilk növbədə hansı ciddi məsələnin həlli ilə məşğul olması, nə kimi siyasi xətt yeritməsi öz dərin məzmun və ictimai siyasi dəyəri ilə adamı heyrətə gətirir. O, hər şeydən əvvəl xalqla əl-ələ verərək hakimiyyət böhranını aradan qaldırmaqla, onun sönməkdə olan ümüdünü dirçəltməyə, sabaha inamını artırmağa, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail oldu və milli birlik yaradaraq ölkəni parşalanmadan xilas etdi. 1993-2003-cü illərdə Azərbaycanın yeni tarixini yazan Heydər Əliyev müstəqil Azərbaycanı inkişaf yoluna çıxartdı. Iqtisadiyyatı tənəzzüldən qurtardı. Bakı-Tbilisi-Ceyhan neft kəmərini xəyaldan reallığa çevirdi. Bu gün bu boru kəməri vasitəsilə əldə edilən daşınmalar Azərbaycan iqtisadiyyatına öz misilsiz təkanını verməkdədir. Hazırda Bakı-Tbilisi- Ceyhanın tutumu 50 milyon tondur. Bu heş vaxt belə olmayıb, bəlkə bir il buna yaxın olub. Lakin indi bizə Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunur, bu mənbələrdən daha çox neft nəql olunacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadanneft sayəsində tam gücü ilə işləyəcək.
Dövlətimizin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövvlətləti və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Beynəlxalq miqyasda hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması və milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda çox əhəmiyyətli addımlar atıldı. Təcavüzkar silahlı qüvvələrin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı və qəddar düşmənə əks zərbələr endirildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Qarabağ məsələsi Ulu Öndər Heydər Əliyevin ən ciddi nəzərdə saxladığı gündəm bir məsələ idi, onunn ən böyük arzusu Şuşanı azad görmək idi. Azərbaycan mədəniyyət beşiyi, tarixi abidələr diyarı olan Şuşa ermənilər tərəfinfdən işğal olunması ilə sanki millətin qəlbinə böyük bir dağ çəkildi. Azərbaycanın unudulmaz dahi şəxsiyyəti Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyev 30 ilə yaxın həsrətdən sonra nəhayət Ulu Öndərin bu arzusunu reallaşdırdı. Dəmir Yumruq siyasəti adı altında Azərbaycanın igid oğulları zirehli texnikadan istifadə etməyərək əlbəyaxa döyüşlər nəticəsində Şuşanı işğaldan azad etmişlər. O sıldırımlı qayalıqları bir şahintək aşan əsgərlərimiz 2020-ci il noyabr 8-də bu müjdəli xəbərin xalqımız tərəfindən duyulmasına şərait yaratmışdır. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayrağımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük bir coşqu ilə nümayiş etdirdilər. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “ kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir.”
Cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev” ili olaraq qeyd olunur. Bu münasibətlə il ərzində müstəqil Azərbaycanın qurucusunun əbədi xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxlaq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, Konfranslar təşkil olunur. Dahi şəxsiyyət, müstəqil Azərbaycan Respublikasının qurcusu, xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində dərin bir səlnaməninn yaradıcısı olaraq ən körpə yaşlı vətəndaşından , ahıl yaşlı vaətəndaşına qədər sevib hörmət duyduğu şəxsdir. Dünənimiz, bugünümüz və gələcəyimiz də hələ də Ulu Öndər Heydər Əliyevin adının keçmədiyi hərt hansı bir sahı yoxdur.
Balayeva Fidan,
Xəzər rayonu, 322N tam orta məktəbin müəllimi