Siyasət
Kanada Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir
“Kanada Azərbaycan və Ermənistan arasında konstruktiv nəticəyə və sülhün əldə edilməsinə yönəlmiş dialoqu dəstəkləyir”.
Globalnews.az “Report”a istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər nazirinin parlament katibi Rob Olifant ölkə parlamentinin komitəsində Xankəndi-Laçın yolunda vəziyyətlə bağlı müzakirələrdə deyib.
“Biz açıq şəkildə bildirmək istəyirik ki, Kanada BMT-nin Qarabağla bağlı bütün qətnamələrini dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir”, – o vurğulayıb.