Kalmıkya Dövlət Universitetində “Təhsil beynəlxaq aləmdə körpüdür” adı altında beynəlxalq konfrans keçirilib

Globalnews.az xəbər verir ki, Bu gün Basan Qorodikov adına Kalmıkya Dövlət Universititetində universitetin yaranmasının 55 illik yubleyinə həsr olunmuş məzunlar üçün “Təhsil beynəlxalq aləmdə körpüdür” adlı beynəlxlaq elmi konfras keçirilmişdir.
Konfransda universitetin rektoru Salayev Badma, respublika rəsmiləri, universitet nümayəndələri və yerli və xarici tələbə, məzunlar iştirak edirdilər.
Konfransda Azərbaycanı Namiq Muradov və Emin Əliyev təmsil ediblər.
Konfransda açılışı nitqi edən rektor Salayev universitetin keçdiyi 55 illik uzun bir yoldan keçdiyi haqqında konfrans iştirakçılarına məlumat verib.
Daha sonra konfrans 50 seçilmiş xarici ölkələri təmsil edən məzun öz təhsil iş təcrübələri haqqında çıxışlar ediblər. Namiq Muradov öz çıxışında ölkəmiz haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin keçdiyi inkişaf yolundan qısa söz açıb. Təhsil müddəti zamanı qazandığı təhsil biliklərindən və praktiki təcrübələrdən söz açan Namiq Muradov təhsilin bir insanın həyatında necə önəmli olduğunu vurğulayıb.
Xarici tələbələr üzrə şöbənin müdiri Anslem Xunday ali təhsil ocağının ictimai siyasi həyatında Namiq Muradovun gördüyü aktiv fəaliyyətə görə təhsil ocağı rəhbərliyi adından təşəkkür bildirib. Daha sonra tədbir ümumi fikir mübadiləsi əsasında davam edib.









