GündəmMaraqlıSosial

Kalmıkiya Dövlət Universitetində “KalmQU – Xalqları birləşdirən dəyər” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Rusiya Federasiyasının Kalmıkiya Respublikasında yerləşən Basan Qorodovikov adına Kalmıkiya Dövlət Universitetində “KalmQU – Xalqları birləşdirən dəyər” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, xarici tələbələr və rəsmi qonaqlar iştirak ediblər.

Globalnews.az xəbər verir ki, dəyirmi masa çərçivəsində universitetin ikinci kurs magistrantı, Azərbaycanlı tələbə Namiq Muradov çıxış edərək Qərbi Azərbaycan həqiqətləri barədə iştirakçılara ətraflı məlumat verib. O, öz ailəsinin və şəxsən özünün deportasiya və zorakılıqların qurbanı olduğunu diqqətə çatdırıb. Namiq Muradov qeyd edib ki, 1988-ci ildə ailəsi ata-baba yurdu olan Zəngəzur mahalının Qafan rayonundan zorla deportasiya edilərkən o, məhz bu sürgün zamanı qatarda dünyaya gəlib.

Çıxışı zamanı Namiq Muradov Qərbi Azərbaycan məsələsinin bu gün insan haqları kontekstində beynəlxalq gündəmdə mühüm yer tutduğunu vurğulayıb və bu çərçivədə hazırlanmış “Qayıdış Konsepsiyası”nın əsas müddəaları barədə məlumat verib. O, Azərbaycanın regionda sülhə çağırış edən mövqeyindən, ərazi iddiaları olmadan, müharibəsiz və sivil yollarla həqiqətlərin müdafiəsi istiqamətində apardığı mübarizə xəttindən bəhs edib.

Tədbir xalqlar arasında qarşılıqlı anlaşmanın, tarixə əsaslanan həqiqətlərin paylaşılmasının və mədəni dəyərlərin qorunmasının əhəmiyyətinə dair müzakirələrlə davam edib.

Oxşar Xəbərlər

Back to top button