Analitika

İyunun 15-i xalqımız üçün əsl qurtuluş günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.

Ulu öndər, xalqın xahişi və tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesində və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Məhrumiyyətlərə, hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır.

1993-cü il iyunun 9-da Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol, Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluş yolu oldu.

1997-ci ilin 27 iyununda xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 İyun gününü bayram kimi rəsmiləşdirən, 1998-ci ildə bu tarixi günə dövlət statusu verən ölkənin ali qanunvericilik orqanı – Milli Məclisin qərarında bu sözlər yer aldı: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı idi”.

Azərbaycan Milli Məclisinin qərarı ilə 15 İyun Milli Qurtuluş Günü elan olunmuşdur. Parlamentin 1997-ci ilin 27 iyununda rəsmiləşən həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Həqiqətən də ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün göstərdiyi əzmkarlıq və qətiyyət böyük lider kimi böyüklüyünün təcəssümü, Vətənə olan sədaqətinin və fədakarlığının təsdiqi idi. Heydər Əliyevin uzaqgörənliyi və yenilməz iradəsi, siyasi müdrikliyi onu bütün dünya azərbaycanlılarının lideri etməklə yanaşı, hər bir azərbaycanlı üçün Vətənə xidmət nümunəsinə çevrilmişdir. Canından artıq sevdiyi xalqına, Vətəninə xidmət etmiş Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti sayəsində zəmanəmizin böyük siyasi xadiminə çevrilmiş və Azərbaycan xalqı da haqlı olaraq bu müdrik siyasətçinin möhtəşəm irsini müstəqilliyimizin təminatçısı kimi qiymətləndirir və qəbul edir.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button