DünyaGündəm

İstanbulda saxta içkidən ölənlərin sayı artdı

İstanbulda son günlər saxta içkidən zəhərlənərək ölənlərin sayı 17-yə çatıb.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ümumilikdə 46 nəfər saxta içkidən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib.

Bununla yanaşı, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Onlardan 8-i artıq həbs edilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 12 nəfərin zəhərləndiyi, onlardan dördünün öldüyü bildirilirdi.

Oxşar Xəbərlər

Back to top button