DünyaGündəm

İsrail Tehrandakı məşhur həbsxananı vurdu

Xəbər verdiyimiz kimi, İsrail və İran bu gün qarşılıqlı olaraq ərazilərinə zərbələr endirib.

Globalnews.az  “The Times of Israel” portalına istinadən məlumatına görə, İsrailin zərbələrindən biri paytaxt Tehranda məşhur Evin həbsxanasının giriş hissəsinə təsadüf edib.

Hadisə nəticəsində məhbusların qaçması istisna edilmir.

Qeyd edək ki, Evin həbsxanasında əsas olaraq siyasi məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri cəza çəkir.

Oxşar Xəbərlər

Back to top button