İraq Prezidentinin səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifə açacaq

“İraq Prezidentinin səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifə açacaq. İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir”.
Bunu “Globalnews.az”a açıqlmasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu səfər iki ölkə arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaqdır. Beynəlxalq səviyyədə hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər.
“İraqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bundan sonra da davam etdirəcəyik və qarşılıqlı səfərlərin intensivləşdirilməsi də planlaşdırılıb. Görüş zamanı qeyd olunduğu kimi, ölkəmizin nümayəndə heyətinin hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcəyi də məlumdur. Enerji sahəsində əməkdaşlıq, müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları, nəqliyyatın, eləcə də hava nəqliyyatının inkişafı xüsusi müzakirə edilən məsələlərdir. Çünki bütün bu sahələrdə ölkələrimiz arasında qarışlıqlı faydalı əməkdaşlığın artırılması üçün yüksək potensial var”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu səfər həm də onun göstəricisidir ki, dost dövlətlər Azərbaycanın qələbəsini, onun regionda yaratdığı reallıqları tanıyır və qəbul edirlər.