Analitika

İran-İsrail münaqişəsi hansı miqyasda böyüyə bilər ?

“1979-cu ildən bəri İran və İsrail arasında latal fazada davam edən gərginlik dünəndən etibarən aşkar fazaya keçdi. Bu vaxta kimi İran İsrail ətrafında “müqavimət oxu” yaradaraq İsrailə qarşı olan rejimləri, təşkilat və partiyaları maliyələşdirmək, silahlandırmaq yolunu seçmişdi”.

Bunu “Globalnews.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə bildirib.

Onun sözlərinə görə, çoxları İranın açıq müharibəyə girəcəyini fikirləşsələr də, Yaxın Şərqdə yeni bir müharibənin başlanması hazırda real görünmür. Çünki, hücumla bağlı İran siyasi-dini rəhbərliyindən heç bir açıqlama yoxdur. Təkcə İnqilab Keşikçilərinin ölümündən sonra Xamaneyinin “şapalaq” xəbərdarlığı və hadisədən sonra BMT-dəki missiyanın bu hücumu “Dəməşqdəki diplomatik binalara hücüma cavab” kimi qiymətləndirən məlumat paylaşmasından başqa. Göründüyü kimi, əgər böyük müharibə planı olsaydı, daha böyük təbliğat maşını işləyəcəkdi.

Bundan əlavə İran XİN-də ABŞ-ı münaqişədən uzaq durmağa səsləyib. Yəni, açıq müharibəyə girmək əslində iki tərəf üçün uyğun variant deyil.

“Bu baxımdan İranın bu hücumunu güc göstərişi və SEPAH qarşısında nüfuzunun itə biləcəyindən qorxan yaşlı dini liderin “j’ existe” mesajı kimi qiymətləndirmək daha doğru olardı” deyə Əli Babazadə Əlavə edib.

Oxşar Xəbərlər

Back to top button