İqtisadi uğurlarımız bundan sonra bizi daha da güclü edəcək
Dünyada baş verən bir çox dəyişikli prosseslər ilə mübarizə aparan iqtisadiyyatın təşəkkül tapdığı bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın əsas sahələrindən olan qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində böyük faiz çoxluğu ilə artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib.Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirilmiş rəqəmlər deyilmişdir. Ümumiyyətlə belə götursək, bu il ölkənin sosial-iqtisadi inkişaf qiymətləndirilməsində neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında Azeri Light markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bundan əlavə digər dövlət qurumlarinda, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə böyük faiz artimi ilə yüksəlib. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə dövlət büdcəsini rekord həddə çatdırıb. Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Burada vəsaitin böyük və əsas hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən böyükmiqyasli tikinti və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib.Bu isə dövlətimizin əsas siyasətinin əhalinin həmin ərazilərə qısa müddətdə köçürülməsinin və ölkə miqyasinda təhlükəsizliyinin təmini olması olduğunu göstərir.Ölkəmizin beynəlxalq daşinma və nəqliyyat mərkəzinə çevrilməsi də diqqət mərkəzinnən yayinmadi. Dünyada cərəyan edən siyasi-hərbi prosseslər, əsasən də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin Orta dəhlizə yönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artırıb. Yeni nəqliyyat xəttlərinin açılması ölkə iqtisadiyyati üçün də geniş imkanlar yaradir.Yeni nəqliyyat marşrutları üzərində olan ərazilərimizdə yeni biznes imkanları üçün əlverişli şəraitlər yaradilir Qarabağ və Şərqi Zəngəzur regionlarını “yaşıl enerji” zonalarına çevirmək proitet məsələrdən birinə çevrilib. İşğaldan azad olunmuş ərazilərdə dövlət proqramı çərçivəsində aparılan ardıcıl və sürətli gedən bərpa işləri sayəsində qısa müddətdə vətəndaşlarımız öz doğma yurd-yuvalarinda rahat şəkildə məskunlaşacaqlar.Bunlardan əlavə də , ekoloji yönümlü məsələlər də dövlətimizin daima diqqət mərkəzində olub.
Dövlət başçisi həmçinin ölkədə son zaman baş verən Söyüdlü hadisələrinə də reaksiyasiz qalmadı.Orada ölkəmizin yorulmadan gecəsi gündüzü keşməkeşli olan istidə soyuq şəraitdə daima ölkəmizin asayişini təmin edən hüquq-mühafizə orqan işçilərinin öz vəzifələrini şərəflə icra etdiyini bildirdi.44 günlük şanli zəfərimizin qazanilmağinda ölkəmizin Daxili Qoşun birləşmələrinin də misilsiz fədakarliğini və şəhadət zirvəsinə ucaldiğini qeyd etdi
Əliyev Eyyub,
YAP-ın gənc fəalı