
Azərbaycanın son onilliklərdə keçdiyi sosial-iqtisadiinkişaf yolu ölkənin investisiya imkanlarının, maliyyədayanıqlığının, enerji və nəqliyyat infrastrukturunun, eləcədə qeyri-neft sektorunun inkişafı ilə müşayiət olunub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəPrezident İlham Əliyevin çıxışı da bu inkişafın əsasdayaqlarını və qarşıdakı dövr üçün prioritet istiqamətlərigeniş şəkildə ortaya qoydu. Prezidentin çıxışında xüsusivurğulanan məqamlardan biri sabit iqtisadiyyatın vəmüstəqil maliyyə sisteminin uzunmüddətli inkişaf üçünyaratdığı imkanlardır. Dövlət başçısının qeyd etdiyi kimi, indiyədək görülən işlər, sabit iqtisadiyyat və müstəqilmaliyyə-iqtisadi sistem gələcək inkişaf haqqındadanışmaq üçün ilkin şərtləri formalaşdırıb. Əlverişliinvestisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib vəbunun təxminən yarısı birbaşa xarici investisiyalarınpayına düşüb.
Bu göstəricilər investisiya siyasətinin yalnız ayrı-ayrılayihələrlə məhdudlaşmadığını, uzunmüddətli iqtisadiinkişaf modelinin formalaşdırılmasının tərkib hissəsiolduğunu göstərir. İndi əsas məsələ mövcud potensialıdaha da genişləndirmək, investisiyaları yüksək əlavədəyər yaradan sahələrə yönəltmək və iqtisadiyyatın yeniinkişaf mənbələrini hərəkətə gətirməkdir.
Azərbaycanın iqtisadi inkişaf gündəliyindəbərpaolunan enerji xüsusi yer tutur. Prezident İlham Əliyevçıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıqenerji potensialının olduğunu bildirib. Quruda Günəş vəkülək elektrik stansiyalarının fəaliyyət göstərməsi, qarşıdakı illərdə ölkənin müxtəlif ərazilərində bərpaolunanenerji mənbələrinin genişləndirilməsi istiqamətində işlərinaparılması enerji sektorunun yeni mərhələyə keçdiyinigöstərir. Burada məqsəd yalnız elektrik enerjisi istehsalınıartırmaq deyil. Yeni enerji güclərinin yaradılması sənaye, rəqəmsal texnologiyalar, data mərkəzləri və digər yüksəkenerji tələbatlı sahələrin inkişafı üçün də əlavə imkanlaryaradır. Eyni zamanda bərpaolunan enerjinin inkişafıAzərbaycanın enerji ixracı imkanlarını genişləndirə bilər. Bunun üçün yeni ötürücü xətlərin və enerji saxlancsistemlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın enerji siyasətində ənənəvi enerjiresursları ilə yaşıl enerjinin paralel inkişafı müşahidəolunur. Bu yanaşma həm enerji təhlükəsizliyi, həm də yeniinvestisiya imkanlarının formalaşması baxımındanəhəmiyyətlidir.
Prezident İlham Əliyevin çıxışında logistika, nəqliyyatvə bağlantılar Azərbaycanın gələcək iqtisadi inkişafınınmühüm hərəkətverici qüvvələrindən biri kimi təqdimolunub. Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərq–Qərbvə Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühümqovşaqlarından birinə çevirir. Lakin coğrafi mövqenin özükifayət etmir. Bunun üçün uzun illər ərzində dəmiryollarına, avtomobil yollarına, dəniz limanlarına, havanəqliyyatına və digər infrastruktur sahələrinə böyükhəcmdə investisiyalar yatırılıb. Prezidentin sözlərinə görə, Azərbaycanın dəmir yollarının 60 faizi elektrikləşdirilib vəbu proses davam edir. Ölkənin bütün qonşuları ilə dəmiryolu əlaqələrinin mövcud olması tranzit imkanlarınıngenişləndirilməsi üçün mühüm infrastruktur bazasıformalaşdırır.
Bu gün əsas məsələ həmin infrastrukturu dahasəmərəli istifadə etməklə tranzit yüklərin həcminiartırmaqdır. Prezidentin çıxışında qeyd edildiyi kimi, bu ilAzərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin16 milyon tona çatacağı gözlənilir. Hədəf isə 2030-cu ilədək Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin hərikisində daşımaların həcmini 25 milyon tona, hətta dahayüksək səviyyəyə çatdırmaqdır. Bu hədəf Azərbaycanıntranzit və logistika potensialının iqtisadi inkişafın ayrıcaistiqamətinə çevrildiyini göstərir.
Prezidentin çıxışında Azərbaycanın böyük potensialamalik sahələrindən biri kimi mədənçilik də xüsusi qeydolunub. Cəmi bir neçə gün əvvəl dağ-mədən vəmetallurgiya sənayesinin inkişafı üzrə 2027–2030-cu illərüçün Dövlət Proqramının qəbul edilməsi bu istiqamətdəsistemli siyasətin formalaşdırıldığını göstərir. Dağ-mədənsənayesinin inkişafı yalnız filiz hasilatı iləməhdudlaşmamalıdır. Əsas məsələ hasilatdan emala, metallurgiyadan yüksək əlavə dəyərli məhsullarınistehsalına qədər bütöv dəyər zəncirinin yaradılmasıdır.
Bu sahəyə investisiyaların artması yeni istehsalmüəssisələrinin yaradılması, regionlarda məşğulluğungenişlənməsi və qeyri-neft ixracının artırılması üçünimkanlar yarada bilər. Beləliklə, enerji, logistika, rəqəmsaltexnologiyalar və mədənçilik bir-birindən ayrı sahələr kimideyil, Azərbaycanın yeni sənaye və investisiya modelininbir-birini tamamlayan istiqamətləri kimi nəzərdən keçirilir.
İqtisadiyyatın şaxələndirilməsi neft-qaz sektorununəhəmiyyətinin azalması anlamına gəlmir. Əksinə, Prezidentin çıxışında vurğulandığı kimi, neft və qazAzərbaycanın iqtisadiyyatında aparıcı rolunu qoruyacaqvə bu sahədən əldə olunan gəlirlərin iqtisadiyyatın digəristiqamətlərinə investisiya şəklində yönəldilməsi davametdiriləcək. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuçərçivəsində enerji sektorunda bir sıra mühüm sənədlərinmübadiləsi də bu yanaşmanın praktik ifadəsidir. “SOCAR”, “XRG” və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekunİnvestisiya Qərarı, “SOCAR” ilə “ExxonMobil” arasındaOrta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogenresurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə HasilatınPay Bölgüsü Sazişi və digər sənədlər enerji sektorundabeynəlxalq tərəfdaşlığın davam etdiyini göstərir. Prezidentin çıxışında “ExxonMobil” ilə imzalanacaq sazişinpotensial kəşfiyyat nəticələrindən asılı olaraq yeni hasilatimkanları yarada biləcəyi, “TotalEnergies” ilə Abşeronyatağının ikinci mərhələsi üzrə əməkdaşlığın isə qazhasilatının artırılmasına yönəldiyi bildirilib.
Forum çərçivəsində mübadilə edilən sənədlərincoğrafiyası və sahələri Azərbaycanın investisiyagündəliyinin çoxşaxəli olduğunu göstərir.
Enerji sektorunda “SOCAR”ın “Comstock Resources”, “Apollo”, SEFE, “Eni”, “ExxonMobil” və VNG ilə müxtəlifstrateji tərəfdaşlıq və əməkdaşlıq sənədləri imzalanıb. Busənədlərin bir qismi Azərbaycanın enerji resurslarınınişlənilməsi və hasilatına, digərləri isə enerji təhlükəsizliyi, LNG, infrastruktur və beynəlxalq layihələrə yönəlib. Bununla yanaşı, Forumun gündəliyi yalnız enerji iləməhdudlaşmayıb. “SOCAR” ilə “Oracle” arasında OracleAlloy Agreement-in mübadiləsi Azərbaycanın rəqəmsaltransformasiya və texnoloji əməkdaşlıq istiqamətində dəyeni imkanlara diqqət yetirdiyini göstərir. AzərbaycanBiznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında birgə müəssisə müqaviləsi, İqtisadiyyatNazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıqvə investisiya çərçivə sazişi də qeyri-neft sahələrinininvestisiya gündəliyində yer aldığını nümayiş etdirir.
Ələt Azad İqtisadi Zonası ilə Honq Konqun “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasındainvestisiya müqaviləsinin mübadiləsi isə Azərbaycanınxüsusi iqtisadi zonalarının beynəlxalq investorlar üçünyaratdığı imkanların praktiki nümunələrindən biridir. Prezidentin çıxışında gələcək iqtisadi inkişafın əndiqqətçəkən istiqamətlərindən biri kimi süni intellekt vədata mərkəzləri də qeyd olunub. Süni intellekttexnologiyalarının inkişafı böyük həcmdə elektrik enerjisivə məlumat emalı infrastrukturu tələb edir. Azərbaycanınəlavə enerji potensialının olması, yeni ötürücü xətlərinyaradılması və enerji istehsalının genişləndirilməsi ölkədədata mərkəzlərinin inkişafı üçün müəyyən imkanlarformalaşdırır. Burada əsas məsələ enerji resursunusadəcə ixrac etmək deyil, onun ölkə daxilində yüksəkəlavə dəyər yaradan texnologiyalara çevrilməsidir. Bu baxımdan enerji və rəqəmsal iqtisadiyyatın bir-biri iləəlaqələndirilməsi Azərbaycanın yeni investisiyastrategiyasının perspektivli istiqamətlərindən biri kimi çıxışedir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,“Heydər Əliyev məktəbinin davamçıları” Feysbukqrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü



