Analitika

İlham Əliyevin Litvada rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatdan diqqətçəkən məqamlar

Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Litva arasinda münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda fəal dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Tərəflər arasında siyasi razılaşmalar digər sahələrə də müsbət təsir göstərir. Nəzərdə tutulur ki, gələcək illərdə iqtisadiyyat ticarət sahələrində və siyasi səviyyədə də olduğu kimi işlər sürətlə gedəcək. Bu işlərə hər iki tərəfdən böyük maraq var. Belə ki, keçən il mayda Prezident Nausedanın Azərbaycana rəsmi səfəri nəticəsində Bakıda Litva Azərbaycan Biznes forumu keçirilmişdir.

Azərbaycan torpaqları uzun illər Ermənistanın işğalı altında idi. Bir milyon qaçqınımız var idi. 20% torpaqlarımız isə işğal altında idi. İşğal nəticəsində infrastruktur dağılmış, binalar o cümlədən tarixi binalar dağıdılmışdır. Lakin bu proses çox davam edə bilməz. Hazırda sülh danışıqları gedir. Bunun nəticəsində Qafqaza uzunmüddətli sülh gələcəkdir. Bu qaçılmazdır. Bu mənada Azərbaycan konstruktiv addımlar atır, və əlbətdə ki sülh beynəlxalq norma və prinsipləri əhatə etməlidir.

Litva ilə ikitərəfli əməkdaşlıq ildən ilə artır. Bu əməkdaşlıq Avropa İttifaqı –Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Azərbaycan Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi isə ildən ilə artır.

Litva və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı olan işlər paralel olaraq aparılır. Hazırda dünyada yeni geosiyasi reallıq var. Bunun üçün Avropaya gətirilən rahat nəqliyyat–kommunikasiya imkan yaratmaq üçün ölkələrin üzərinə böyük vəzifələr düşür. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi hər il artır. Bütün bunları nəzərə alaraq bu il 22 may tarixində hər iki Respublikanın Prezidentləri əməkdaşlıq sənədi imzalamışlar.

Buraya Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikası Ətraf mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində saziş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Litva Respublikası Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, hər iki dövlətin Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı kimi sənədlər imzalanmışdır.

Prezident İlham Əliyev 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva Biznes Forumunda çıxış etmişdir.

Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var.

Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.

Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.

Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar mövcuddur. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikilməsinə investisiya qoyulur. Azərbaycan iqtisadiyyatı sabitdir əlverişli investisiya imkanları mövcuddur. Bu da təbii sərvətlərlə əlaqədardır. Bundan başqa iqtisadi sabitlik uğurlu əməkdaşlığın təməlidir. Belə ki, milli valyutamız sabitdir. Dövlət Neft Fondunda və Mərkəzi Bankın ehtiyatları xarici borcu 10 dəfədən çox üstələyir.

Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button