İlham Əliyev siyasəti – 11 iyul 2023-cü il müşavirəsi
Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu, uzaqgörən siyasət Azərbaycanı bu gün dünyanın ən mühüm siyasi-iqtisadi, strateji məkanlarından birinə çevirmişdir. Bu gün dünya ölkələri arasında Azərbaycan öz inkişaf səviyyəsi ilə digər dövlətlər üçün nümunə rolunu oynayır. Təbii ki, bu inkişafın səbəbi düzgün daxili və xarici siyasətdir. Qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Sözsüz ki hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident İlham Əliyev müntəzəm olaraq Azərbaycanın uğurları, mövcud problemlər, qarşıya qoyulmuş strateji məqsədlər, gələcəy vəd edən investsiyalar, mövcud xərclər, dövlət büdcəsinin gəlirləri barədə xalqa açıq müşavirələr keçirərək bütün məsələlərdə xalqın dəstəyini qazanmışdır. Prezident İlham Əliyevin siyasətinin nəticəsi olaraq bu gün xalq və dövlət ittifaqı daha da möhkəm və etibarlıdır.
Bu ilin ilk 6 ayı ilə bağlı da İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Prezident İlham Əliyev bir çox xarici və daxili məsələrə toxunmuşdur.
Prezident İlham Əliyev rəşadətli Azərbaycan orrusunun azad etdiyi toroaqların yenidən qurulmasına və Qarabağın, Şərqi Zəngəzurun yenidən dircəldilməsinə xüsusi diqqət göstərir. Keçrilmiş müşavirə zamanı da Prezident İlham Əliyev azad edilmiş torpaqların inkişafı və yenidənqurulma ilə bağlı məsələləri diqqətə çatdırıb.
Prezident İlham Əliyev bildirdi ki, Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.
Prezident İlham Əliyev müşavirə zamanı həmçinin Azərbaycan xalqını narahat edən Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə də toxundu. Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ilə bağlı çıxışı sadəcə, möhtəşəm və Prezidentin ölkədə baş verən hadisələrə necə obyektiv, vətəndaş mövqeyindən, “hər şey Azərbaycan vətəndaşı üçündür” yanaşmasını bir daha sübut etdi!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir. Bizim təbiətimiz məhv olunmamalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər.
Beləliklə, 11 iyul 2023-cü il müşavirəsi Prezident İlham Əliyevin həm daxili həm xarici məsələlərdə bir daha Azərbaycan xalqının daim yanında olduğunu və Azərbaycan Respublikasının inkişafı üçün vargücü ilə çalışdığını gözlər önünə sərdi. Bu gün Azərbaycan xalqı bu inkişafa görə prezident İlham Əliyevə minnətdardır.
Elvin Zeynalov,
Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi