İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktubda dövlət başçısı Braziliya Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.
“Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir”, – deyə məktubda vurğulanıb.
Azərbaycan Prezidenti braziliyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Braziliya xalqına isə əmin-amanlıq və rifah diləyib.