Siyasət

Hikmət Hacıyev İsrail rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəsmiləri ilə görüşüb.

Globalnews.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında paylaşım edib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarka ilə görüşüb.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, – deyə H.Hacıyev qeyd edib.

Görüşdə Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov da iştirak edib.

Oxşar Xəbərlər

Back to top button