Analitika

Heydər Əliyevin Üzeyir Hacıbəyova diqqəti

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Ata­sı Əb­dül­hü­seyn bəy, ana­sı Şi­rin­bə­yim xa­nım­dır. Əbdülhüseyn bəy öz dövrünün ziyalı şəxslərindən biri olub. Urşudbanu Natəvanın mirzəsi olaraq çalışıb. Anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən olub. Ailədə üç qardaş iki bacı olan uşaqların musiqi istedadlarının formalaşmasında ailənin valideynlərin böyük rolu olub.

Üzeyir Hacıbəyov ilkin təhsilini Şuşada ikillik rus-türk məktəbindəə alıb. Təhsil həyatına 1890-1904-cü illərəd Qori Müəllimlər seminariyasında davam edib. Bəskarın dünyagörüşünün formalaşmasına böyük təsir edən seminar həmçinin onun Avropa musiqi klassiklərini əsərləi ilə tanış olmasına da imkan yaradıb. Bu dövrdə Üzeyir bəy bariton və skripkada çalmağı, xalq mahnı nümunələrini nota köçürməyi öyrənib. Üzeyir bəy Qori Müəllimlər Seminariyasında Müslüm Maqomayevla tanış olub.

Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasında müəllimlik etməyə başlayıb. 1905-ci il Bakıya gələrək “Həyat” qəzetində tərcüməçi işləməyə başlayıb və bu hadisə onun ədəbi-publisistik fəaliyətinin başlanğıcı olaraq sayılır.

1918 – 1920-ci illlərdə Azərbaycan Demokratik Respublikası dövründə Ü.Hacıbəyov ölkənin ictimai – siyasi həyatında yaxından iştirak etmişdir. O, «Azərbaycan» qəzetinin redaktoru kimi fəal ədəbi yaradıcılıqla məşğul olurdu. Ü.Hacıbəyov bu qəzetə rəhbərlik edərək, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Onun bütün çap olunmuş məqalələri günümüzlə həmahəng səsləşərək, Ü.Hacıbəyovu uzaqgörən siyasətçi, ideyalı publisist kimi nümayış etdirir. Həmin dövrdə Ü.Hacıbəyovun yaratdığı «Milli marş», «Çırpınırdın Qara dəniz» bu gün bütün türk dünyasının himninə çevrilmişdir. «Azərbaycan marşı» isə 1992-ci ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunmuşdur.

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı .O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir. Fərmanda deyilir: “…Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar”.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button