AnalitikaGündəmSiyasət

Heydər Əliyev – Azərbaycan xalqının qəlbində əbədiyaşar lider və dövlətimizin xilaskarıdır

Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu  tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.15 iyun xalqın xilaskar oğlunun Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı gün Qurtuluş günü  elan olundu. Bu gün Azərbaycan tarixində xüsusi  bir səhifə kimi tarixə çevrildi. Bu Qurtuluş günü  həm də  Azərbaycanı böyük bir təhlükədən – dövlətçiliyini itrmək,dünya xərtəsindən məhv olmaq təhlükəsindən qurtulduğu gün , Azərbaycan dövlətçiliyinin sübutu günü idi. O böyük lider qısa zaman kəsiyində Azərbaycanı bütün bəlalardan xilas etdi.

Heydər Əliyevin ölkə iqtisadiyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə  beynəlxalq  nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə  məhz atəşkəsdən sonra başlanıldı və1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “ Əsrin müqaviləsi”adlandırılan ilk neft müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı, neftdən əldə edilən vəsaitlər Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldildi. Dövlətimizin inkişafı təmin edilir, beynəlxalq nüfuzu artırılırdı. Ölkəmizin daxili imkanları durmadan artır, sabitliyimiz ən böyük sərvətimiz kimi daim qorunur, vətəndaşlarımızın rahat və sərbəst yaşaması istiqamətində mühüm addımlar atılırdı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir;

Sosial sahədə gerçəkləşdirilən davamlı islahatlar insanlarımızın maddi-rifah halının, yaşayış şəraitinin daha da yüksəldilməsinə xidmət edirdi. Bir sözlə, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin bu günkü nailiyyətlərinin qazanılmasına və gələcəkdə uğurlu perspektivin əsasının qoyulmasına zəmin yaratdı. Artıq Azərbaycanımız dünyaya bir günəş kimi doğur. Bu günəşin  işığı isə hər bir azərbaycanlının, eləcə də dostlarımızın ürəyini isidir, işıqlandırır. Məhz əldə olunan inkişafın nəticəsidir ki, 44 günlük Vətən müharibəsində xalqımız düşmən üzərində parlaq qələbə qazandı. Ulu öndər hər zaman çıxışlarında bildirirdi ki, biz tarixi torpaqlarımıza mütləq geri dönəcəyik, biz ərazi bütövlüyümüz bərpa edəcək və düşmənə layiqli yerini göstərəcəyik. Məhz belə də oldu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuz erməni işğalçıları üzərində misli görünməmiş zəfərə imza atdı.

1990-cı illərin siyasi rəhbərliyinin xalqımızın qəlbində açdığı yaralara dövlət başçısı İlham Əliyev məlhəm oldu. Dövlət başçısının tarixi Şuşa şəhərimizin işğaldan azad olunması xəbərini xalqımıza çatdırarakən müqəddəs Şəhidlər Xiyabanından etdiyi müraciətində səsləndirdiyi “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadələri hər bir azərbaycanlının sonsuz qüruruna səbəb oldu. Bəli, biz xoşbəxt xalqın nümayəndələriyik ki, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız var. Qürurlu və sevincliyik ki, bu gün biz qalib, başıuca və məğrur bir xalqıq. Bu qələbələri bizlərə yaşadan ulu öndər Heydər Əliyevin və əziz şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Bayramova Sürayə,
Xəzər rayonu Ə. Quliyev adına 121 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button