AnalitikaGündəm

Hər şeyin qlobal miqyas aldığı çağdaş tariximizdə bəşəriyyət üçün daha məqbul görülən yönətimlər, davamlı inkişaf meylləri göz önünə alınır

Yaşadığımız dövr mürəkkəb geosiyasi təbəddülatlarla müşayiət olunan sosial-iqtisadi kataklizmaların mövcudiyyəti ilə səciyyələnir. Həm də belə bir həqiqət getdikcə hər kəs üçün daha əlçatan olur ki, bu kataklizmalardan nəinki ayrı-ayrı ölkələr, bəzən heç milyonlardan biri olan konkret fərd də yayına bilmir. Hər şeyin qlobal miqyas aldığı çağdaş tariximizdə bəşəriyyət üçün daha məqbul görülən yönətimlər, davamlı inkişaf meylləri göz önünə alınır. Son zamanlar leksikonumuzu zənginləşdirən ifadələrdən biri də inteqrasiyadır. Ölkələr, dövlət və hökumət başçıları, tanınmış liderlərin siyasi, sosial, iqtisadi, humanitar sahələrdə daha sıx əməkdaşlığa ehtiyacından tutmuş çoxşaxəli kommunikasiyaya söykənən logistik düşüncə tərzinə qədər hər şeyi özündə ehtiva edən inteqrasiya prosesi beynəlxalq tendensiyaları nəzərə almadan mövcud ola bilməz.

Davamlı və dayanıqlı inkişafa nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi, strateji əməkdaşlıq məsələlərinin həlli, qlobal trendlərin iqtisadi sferaya tətbiqi çevik siyasi fəndlər tələb edir.

Son 30 ildə Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr, nəhəng iqtisadi proqramlar planetin  hər yerində yaşanan inflyasiya, hiperinflyasiya axınında belə mütəmadi olaraq icra olunmuş, beləliklə bir çox ölkələrin arzuladığı göstəricilər bizdə gerçəkliyə çevrilmişdir. Bütün bunların arxasında isə illərin gərgin mücadilələri, yürüdülmüş qətiyyətli mübarizə dayanır.

Belə bir ağır tarixi dönəmdə 1992-ci ilin 21 noyabrında yeni siyasi təşkilatlanma baş verdi, Yeni Azərbaycan Partiyası meydana gəldi. Bütün ömrü qaynar siyasi fəaliyyətdə keçmiş müdrik lider Heydər Əliyevin o məsul qərarı sarsılmaz qətiyyətlə qəbul etməsi-böyük siyasətə qayıtması çağdaş tariximizdə yeni bir era açdı.

Beləliklə Ulu Öndərin və onun layiqli davamçısının rəhbərliyi ilə YAP dünənin, bu günün və gələcəyin partiyasına çevrildi. Şüarı güclü dövlət, yüksək rifah olan bu partiya daha güclü Azərbaycan naminə şərəfli bir tarixə imza atdı.

Xalqın istək və arzularını önə alaraq, eyni zamanda beynəlxalq tendensiyalardan uzaqlaşmadan zaman-zaman nəhəng layihələr, köklü islahatlar həyata keçirildi. YAP-ın hakimiyyətdə təmsilçiliyi ölkəmizə artan iqtisadi inkişaf strukturu, sosial rifahın yüksəlişi,dünya sivilizasiyasına inteqrasiya qazandırmaqla yanaşı, düzgün qurulmuş xarici siyasi doktrina əsasında suveren hüquqlarımızın bütün torpaqlarımızda bərqərar olmasını gerçəkləşdirdi.

Cavad Mustafayev,
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button