AnalitikaGündəmSiyasət

Hər dəqiqəsi qəhrəmanlıqla yazılan 44 gün!

Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 27 sentyabr 2020-ci il tarixdəErmənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfətəxribatının qarşısını alınması məqsədilə Ali BaşKomandan İlham Əliyevin başçılığı ilə müzəffərOrdumuzun əks hücum əməliyyatı nəticəsində uzun illərdüşmən tapdağı altında olan torpaqlarımız yağı düşməntapdağından azad edildi.

Qırx dörd gün davam edən hərbi əməliyyatlarnəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlıqüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı vəşəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hərgünü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsiniaparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səssaldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağıilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. Vətənmüharibəsi dövründə Azərbaycan RespublikasınınPrezidenti, Ali Baş Komandan İlham Əliyev xalqamüntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycanxalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinəçevrildi.

Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakıtorpaqların yağı düşməndən qurtuluşu deyil, eynizamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədəryüksək olduğunun bütün dünyaya nümayişidir. Bununtəməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milliləyaqətimizi bərpa etdik.

Həmin dövrdə hər bir Azərbaycan vətəndaşıordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmənüzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hərbir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.

Tarixdə heç bir müharibə qansız-qadasız, itkisizötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsuroğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq suilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətənməhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətənmüharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bugün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermişqəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik vəVətənə sədaqət nümunəsi nümayiş etdirərək özqorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyisayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazibütövlüyünü bərpa ediblər. Vətən müharibəsindəqəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağınıişğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmişəsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərinehtiramımızı bir daha bildirmək üçün bu gün təsisedilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhməteləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmiişçisi

 

Oxşar Xəbərlər

Back to top button