AnalitikaGündəmSiyasət

Gürcüstan və Azərbaycan əlaqələrinin dərin və tarixi kökləri var

Yanvarın 17 də Gürcüstan Baş naziri Azərbaycanda rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri təkbətək görüşmüş və hər iki lider mətbuata bəyənatla çıxış etmiş, görüşün əhəmiyyəti barədə dolğun məlumat vermişlər.

İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Qeyd olundu ki, son zamanlar Gürcüstan və Azərbaycan rəhbərləri arasında görüşlər müntəzəm xarakter almışdır. Son 10 ayda üçüncü belə görüş baş tutmuşdur. Bundan başqa Gürcüstan Baş naziri COP-29 çərcivəsində də Azərbaycanda olmuşdur. Buna görə Gürcüstan Baş nazirinə təşəkkür edildi və bildirildi ki, bu görüşün xüsusi əhəmiyyəti var. Belə ki, Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu” partiyası qələbə qazanmışdır. Və qələbədən sonra Gürcüstan rəhbərliyinin ilk səfəri məhz Azərbaycana oluşdur.

Gürcüstan və Azərbaycan əlaqələrinin dərin və tarixi kökləri var. Dövlərlərimiz müstəqillik qazanandan sonra bu əlaqələr daha da möhkəmlənmiş, müntəzəm xarakter almışdır. Xalqlarımız əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamışdır. Bu əlaqələr bütün istiqamətlərdə uğurla davam edir. Bu həm siyasi həm də iqtisadi əlaqələrə aiddir.

Qeyd edildi ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoymuşdur. Bu mühüm göstəricidir. Bu onu göstərir ki, Gürcüstanda sərmayə iqlimi, mühiti investorları həvəsləndirib.

Energetika sahəsində əməkdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini əsasını təşkil edir. Belə ki, Gürcüstan tranziti vasitəsi ilə Azərbaycan 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən ilə bu ixrac artır. Bu artıq 25 milyard m3 təşkil edir. Və bu ixrac Gürcüstanın payına döşür. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80/çoxu Azərbaycan mənşəlidir. Bu böyük əhəmiyyətə malik layihədir. Yeni qaz yataqlarımız bu il işə düşəcək və qaz ixraçı artacaq. Eyni zamanda biz yaşıl enerji layihəsini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini artırır. Bazarda bu enerjiyə tələbat var. Bu gün yaşıl enerji layihəsi də uğurla icra edilir. Eyni zamanda təkbətək görüşdə bağlantıları və Orta Dəniz layihəsini müzakirə etdik. Bu sahədə də yaxın tərəfdaşlıq edirik. Müvafiq qurumlarımızın koordinasiya şəklində fəaliyyəti bu layihələri də uğura başa catdıracaq. Bu işdə biz bir çox qonşularla təmasda olmalıyıq və layihələrin icrası prosesində bu da böyük coğrafiyanı əhatə edən layihədir. Bu gün  Gürcüstan-Azərbaycan Avropa və Asiya arasında körpü rolunu uğurla oynayır. Nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Bu strukturun rəqəmsallaşması layihəsi də icra edilir. Biz bu işləri paralel olaraq görürük. Bununla da həm özümüz həm də qonşularımız üçün əvəzolunmaz xidmətlər göstəririk. Ölkələrimizin başqa sahlərdə də uğurları var. Partiyanızın seçkilərdə qalib gəlməsi isə bütövlükdə Cənubi Qafqazın sabitliyi üçün böyük əhəmiyyətə malikdir.

Mətbuat konftansında cavab çıxışı ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze səmimi qonaqpərvərliyə görə Respublikamızın Prezidentinə təşəkkürünü bildirdi. Eyni zamanda gürcü lideri Prezidentimizi cari ildə Gürcüstan Respublikasına səfərə dəvət edərək səfərin baş tutacağı halda böyük şərəfə nail olacaqlarını dilə gətirdi.

Əliyev Elçin,
26 № li tam orta məktəbin tarix müəllimi  

Oxşar Xəbərlər

Back to top button