AnalitikaGündəmSosial

Gənc nəsildə ana dilinə sevgi və hörmət hissi təlqin olunmalıdır

Hər bir millətin, xalqın varlığının, kimliyinin mühüm amillərində olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyi, milli mənəvi dəyərlər sistemində ən qiymətli sərvətidir. Xalqın başlıca özünə məxsusluğunu onun ana dili təşkil edir. Xalqı onun dili, dövləti isə onun xalqı yaşadır.

Azərbaycan dili! Tarixlər boyunca türk dili oğuz dili, hazırda Azərbaycan dili adlandırdığımız bu möcüzə bu gün sözün əsl mənasında müstəqil bir dövlətin dilidir. Əsrlər sınaqlarından çıxan Azərbaycan dili özünün hazırki səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib.

Şah İsmayıl Xətai dövlətin parçalanmaması, vahid bir dövlət kimi birləşməsi, Azərbaycan dilinin isə dövlət dili elan olunması uğrunda mübarizə aparmış Ulu öndərimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirərək, verdiyi fərman və sərəncamlarla ana dilimizi layiq olduğu ali məqama yüksəltmişdir.

Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli liderimiz H. Əliyev 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edilir.

Ölkə Prezidenti İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirmişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.

Fidan Əsədzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button