Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək
Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
Globalnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tatarıstanın mədəniyyət nazirinin müavini Damir Natfullin Həmvətənlərlə İş üzrə Koordinasiya Şurasının iclasında bildirib.
“Nazirlik milli mədəniyyətin qorunması və təbliği, tatar irsinin əlçatanlığı və qavranılması ilə bağlı mənəvi tələbatların ödənilməsi istiqamətində fəaliyyəti davam etdirir”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, Mədəniyyət Günləri, həmçinin Rusiyanın paytaxtı Moskvada, Qazaxıstanın Abay vilayətində, İran və Misirdə keçiriləcək.
D. Natfullin əlavə edib ki, nazirlik doğma tatar dili və ədəbiyyatının, mərasim mədəniyyətinin, xalq sənətlərinin, ənənələrinin, milli dramaturgiya və teatrın qorunması istiqamətində iş aparır.