
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Globalnews.az ” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-dəki mənbəyə istinadən TASS yayıb.
Bildirilib ki, nazirlər söhbət zamanı Ukrayna və Rusiya arasında danışıqlara dair mövzuları müzakirə ediblər.