GündəmElm və Təhsil
Faktiki yaşayış rayonuna uyğun olaraq MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

31 iyul- 4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri açıqlanıb.
“Globalnews.az” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Belə ki, məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib.
Qeyd edək ki, 1519 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.