Əziz Şuşa, sən azadsan!
Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyatlar zamanı qismən dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini veribdir. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.
Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.
Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyi üçün Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlanıb.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və
“Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicəvi əhəmiyyətinə görə kurort şəhəri hesab olunub.
Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşidbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub.Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib.
Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb. İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.
2020-ci il noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğaldan azad edib və əslində, bu düşmənə vurulan son zərbə idi. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusya, Azərbaycan, Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladı. Bütün hərbi əməliyyatlar dayandırıldı.
Bu bəyənat Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini təstiqlədi. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekaİlham Əliyev çox qürurla çıxışlarının birində qeyd edərək bildirmişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Dekabrın 1-də isə Laçın rayonu, Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən erməni vandallarının işğalından azad edilərək Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Azərbaycana təhvil verildi.
Babayeva Vüsalə,
Xəzər rayonu, 324 nömrəli tam orta məktəbin müəllimi