Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozur
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.Artıq uzun illərdir ki Ermənistanın Azərbaycana qarşı olan terroru sülh prosesinə zərbə vurur. Baş verənlər Ermənistan dövlətinin riyakar siyasətini göstərməklə yanaşı, həm də Qarabağdakı erməni separatçıları haqda konkret tədbirlərin görülməsinin vaxtının çatdığını diqtə edirdi. Azərbaycanın bu baş verənlərə cavab olaraq keçirdiyi antiterror tədbirinin ermənilərə dərs olacağını düşünür.
Ermənistanın həyata keçirdiyi mina terrorunun 44 günlük müharibənin bittiyi gündən indiyə qədər nə qədər can aldığına bütün dünya şahiddir. Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırılıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Müharibədən sonra partlayan minaların böyük əksəriyyəti 2020-ci ildən sonra Ermənistanda istehsal olunub. SSRİ dövründə əsas mina zavodlarından biri Ermənistanın paytaxtı İrəvanda inşa edilmişdi. O zavod hələ də mina istehsal edir. Həmin partlayıcı qurğular Azərbaycan torpaqlarında basdırılır. Ermənistanın Azərbaycana verdiyi mina xəritəsinə əsasən deyə bilərik ki, təkcə Ağdam və Füzulidə 97 min mina basdırılıb. Müharibə gedən ərazilərdə minaların basdırılmasını haradasa başa düşmək olar. Amma Kəlbəcər, Laçın və Şuşada səngər, təmas xətti olmayıb. Ermənilər bu əraziləri 2020-ci il müharibəsində geri çəkilərkən və sonradan ərazilərə sızaraq minalayıblar. Bu, hərbi cinayətdir və törətdikləri cinayət sülh prosesinin ləngiməsinə səbəb olur.
Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib. Deyilənlər bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı