AnalitikaGündəmSiyasət

Enerji İrsindən Zirvəyə: Mingəçevirdə İki Nəhəng Layihə

Azərbaycan enerji sahəsində keçmişin təməl daşları üzərində gələcəyin zirvələrinə yüksəlir. Bu gün ölkəmizin ən böyük elektrik stansiyası olan “8 Noyabr” Elektrik Stansiyası məhz belə bir irsin davamı kimi doğulmuşdur. Mingəçevirdə yerləşən bu nəhəng enerji mərkəzi texniki gücü, strateji əhəmiyyəti və simvolik adı ilə tarixə düşür.

Bu inkişafın əsasında isə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyası dayanır. O dövr üçün cəsarətli və irimiqyaslı sayılan bu layihə ölkəmizin enerji təhlükəsizliyinin əsasını təşkil edirdi. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkədə güclü enerji infrastrukturu formalaşdı.

“8 Noyabr” Elektrik Stansiyası bu irsin davamı olaraq təkcə texnoloji cəhətdən deyil, həm də mənəvi baxımdan mühüm bir layihədir. Onun gücü 1280 meqavat təşkil edir və bu göstərici onu Cənubi Qafqazda lider mövqeyinə çıxarır. Stansiya çevik rejimdə işləyərək həm sənaye obyektlərinə, həm də əhaliyə fasiləsiz enerji təminatı verir.

Beləliklə, bir zamanlar Heydər Əliyevin başlatdığı enerji siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə çatır. “Azərbaycan” İES-dən başlayan yol, “8 Noyabr” stansiyası ilə davam edərək, Azərbaycanın enerji müstəqilliyinin və texnoloji qüdrətinin bariz göstəricisinə çevrilir.

YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva

Oxşar Xəbərlər

Back to top button