Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır

Mustafa Kamal Atatürkün bu tarixi fikri sanki turk dünyasının nadir şəxsiyyətlərindən olan Heydər Əliyevə həsr olunmuşdur. Çünki insan var, anadan olduğu torpağa görə tanınar, insan da var ki, doğulduğu torpağı bütün dünyaya tanıdır. Azərbaycan xalqını, dövlətini bütün dünyaya tanıdan, “imzalarımızı imzalar içində var edən”, ömrünü şam kimi xalqın və millətin yolunda əridən, adını tariximizə qızıl hərflərlə yazan Heydər Əliyev də belə şəxsiyyətlərdən biridir.
Heydər Əliyev Azərbaycanın hər bir vətəndaşının vətəni olması barədə deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır.” 18 avqust 1995-ci il tarixdə dindarlarla görüşdə çıxışında vurğulamışdı: “Azərbaycan vətəndaşları Azərbaycan xalqı deyəndə,bir Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik”. Məhz bu ideyaya sadiq qalaraq bu gün Azərbaycan Respublikası tolerant ölkədir. Ulu Öndərin müdrikliyinin göstəricisi olan bu fikirində isə belə demişdir: “Xalq dövlət üçün yox, Dövlət xalq üçün olmalıdır”. İstər Sovet hakimiyyəti dövründə,istərsə də Azərbaycanımızın müstəqilliyi dövründə Azərbaycana rəhbərlik etmiş, ömrünü, gününü xalqına həst etmiş, vətənin çiçəklənməsi, xalqının rifahı üçün var qüvvəsi ilə çalışmış, vicdan və varlığı ilə vətənə xidmət etmişdir.
H.Əliyev milli təhlükəsizlik orqanlarının zabiti olanda da, həmin orqanın ən ali kürsüsündə çalışanda da, Azərbaycan KPMK-nın birinci katibi, SSR-i Nazirlər Sovetinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, Azərbaycan Respublikasının Prezidenti olanda da onun bir məqsədi, bir amalı var idi -Azərbaycana sədaqətlə xidmət etmək. O deyirdi: “Azərbaycan Respublikasının bugünki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir.”
Yurdumuzun başı üstünü qara buludlar alanda – o çətin anlarda Azərbaycan xalqının yeganə ümidi, qurtuluş çırağı Heydər Əliyev oldu. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il) xalqımızın qəhrəmanlığı barədə demişdir: “ Azərbaycan xalqının potensialı- həm qəhrəmanlıq, həm döyüşkənlik, həm intellektual potensialı böyükdür.” Uzun illər başı bəlalar çəkmiş xalqımızın hər cür sınaqlardan üzüağ şıxmasının və bundan sonra da hər zaman mübarizəyə hazır olacağını H.Əliyev gözəl bilirdi. 2020-ci ildə 44 günlük müharibədə də xalqımızın zəfər çalacağını sanki öncədən hiss edən H.Əliyev 1994-cü il 9 fevral tarixində Türkiyə Böyük Millət Məclisində çıxışında qeyd etmişdir: “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır.” Azərbaycan nəinki iqtisadi və siyasi sahədə, hətta elm sahəsində də öz nailiyyətlərini qazandı. Xalqın keçmiş adət ənənələrini mədəniyyətini qazanmışdır. Heydər Əliyev gənclərin təhsilinin yaxşılaşdırılması üçün çox çalışırdı. Gənclər gələcək Azərbaycanın möhkəm binasının təməlini qoyurlar…
“Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır”, – deyən cənab Heydər Əliyev məktəblilərin mənəvi tərbiyyəsinin məzmunca daha zəngin, inkişafetdirici qurulmasını və eləcə də əsasının yaradılmasının məhz təhsil illəri ilə əlaqələndirir. Bu illərdə müəllim cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır.
Heydər Əliyev Azərbaycan məktəblisinin mənəvi yüksəliş mənbəyi kimi Azərbaycan dilinə çox yüksək qiymət verirdi. O, ciddi cəhdlə çalışaraq Azərbaycan dilini əsl mənəvi sərvət kimi aşkarladı və bildirdi ki, dil hər bir millətin milliliyinin əsasıdır.
Adil Əliyev,
Xəzər rayonu, 124 №li məktəbin direktoru