AnalitikaGündəmSiyasət

Dünyaya səs salan COP29 öz fəaliyyətini uğurla başa vurdu

COP29-un uğurlu nəticələri haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik” deyə bildirdi.

Bu fikrin doğruluğunu həqiqətən də COP29 tədbiri zamanı sübuta yetirə bildik. Azərbaycan bir ev sahibi ölkə olaraq bu tədbirə ciddi və kifayət qədər tam hazırlaşmışdı. Tədbirə paytax Bakı mərkəz seçilmişdir. Bu tədbir üçün Azərbaycana verilən müddət, əslində, az idi. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin  də dəstəyi ilə bu tədbir yüksək səviyyədə həyata keçirilə bildi. Azərabaycan 80 dövlətin başçısı, nümayəndələri və digər qonaqlarla birlikdə səksən minə yaxın insanı qarşıladı və onlardan kifayət qədər bəyənilən fikirlər aldı.

COP29 tədbiri zamanı ən əsas məslələrdən biri də bu oldu ki, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu məsələ dünya miqyaslı problemlərdən biri idi. Məhz Bakıda keçirilən COP29 zamanı bu məsələ həll edilmək üçün müzakirə olundu. Bu məsələrdə ətraflı köməyi üçün cənab prezident “COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”- fikrini vurğuladı.

Bununla yanaşı tədbirdə Bakı belə bir hədəf qoydu ki,  maliyyə məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi təmin edilsin. Burada əvvəlki hədəf 100 milyard ABŞ dolları  olsa da, artıq bu dədəf üç dəfə üstələndi və 300 milyard ABŞ dolları olaraq müəyyən edildi. Qeyd etdiyimiz kimi Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. Bu razılaşmaya əsasən, BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.

Bunu da vurğulayaq ki, COP29 Sədrliyi həm maliyyə, həm investisiya, həm də ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Bu koalisiyaya əsasən, COP29 sədrləri enerji saxlama və enerjilər haqqında, hidrogen və digər mövzularda bəyanatlar təqdim etdi və bu bəyanatlar bəyənildi eyni zamanda 150 tərəfdaş təsqdiq etdi.

COP29 tədbirinin səmərəliliyi haqqında bir çox ölkə liderləri öz fikirlərini bildirdilər. Onlardan biri də ABŞ Prezidenti  Baydenin təbrik bəyanatı oldu. Bəyanatda əksini tapan fikirlərə əsasən, prezident Bayden Azərbaycanı bu tədbirin yüksək səviyyəli təşkili üçün təbrik etdi. Bu tədbirlə Azərbaycan beynəlxalq siyasətdə bir daha fəal iştirak etdiyini təsdiq etdi. Onun sözlərinə görə Azərbaycan təkcə ətraf-mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdüyünü qeyd etdi.

Azərbaycanın uğurlu ev sahibliyi və maderatorluğu nəticəsində 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Son nəticə olaraq deyə bilərik ki, Azərbaycanın uğurlu diplomatiyası siyasəti nəticəsində bu tədbir COP29-da dünya diplomatiya tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Belə bir mürəkkəb tədbirə ev sahibliyi etmək və uğurlu qərarlar qəbul etdirmək ölkəmiz üçün mühüm hadisə idi.

Xəyalə Allahverdiyeva,
Xəzər rayonu, 185 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button