AnalitikaGündəmMədəniyyətSiyasət

Dövlətlərimizi qardaşlıq münasibətləri birləşdirir

Məqsəd və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilən TDT-nin əsas fəaliyyəti tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklərə, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailədir. Azərbaycanın da aid olduğu bu ailə qitə miqyasında uzun əsrlər boyu verdiyi töhfələri, qlobal siyasəti, iqtisadiyyatı və sivilizasiyaların inkişafında oynadığı rolu ilə seçilib. Bəşər tarixində böyük nailiyyətlər qazanmış, müxtəlif dövrlərdə bir sıra imperiyaların tərkibində öz varlığını, kimliyini qoruyub saxlamağı bacarmış Türk xalqları bu gün yenidən dirçəlib, bir olub özünü dünyaya yeni nümunələrlə təqdim edir.

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar.

Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ocağına dəvət olunması və ordenin həmin məkanda təqdim edilməsi rəmzi məna daşıyır və qardaşlığın, dostluğun sarsılmaz olduğunu göstərir. Bu həm də Azərbaycanın böyük yazıçıya göstərdiyi qayğıdan irəli gəlir. Belə ki, cənab İlham Əliyevin bildirdiyi kimi Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə hörmətlə yanaşırdılar. Bu hörmət və ehtiramın nəticəsidir ki, Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova təqdim edilmiş, Bakıda dünya şöhrətli yazıçının abidəsi ucaldılmışdır.

Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button