
Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə bir-birilərinə qarşılıqlı dəstək göstərən ən yaxın müttəfiqlərdəndir. Hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını qoruyur və qlobal səviyyədə ortaq mövqedən çıxış edir. Bu həm siyasi, həm də mənəvi yaxınlığın təzahürüdür. Onların bir-birinə verdiyi dəstək türk dünyasının həmrəyliyinə də əlavə güc qatır.
BMT, ATƏT, İƏT və Türk Dövlətləri Təşkilatı kimi qurumlarda Azərbaycan və Qazaxıstan daim bir-birinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsində Qazaxıstanın prinsipial mövqeyi, eləcə də Qazaxıstanın beynəlxalq layihələrinə Azərbaycanın göstərdiyi dəstək bu münasibətlərin dərinliyini nümayiş etdirir.
Bu həmrəyliyin əsasını səmimiyyət və qarşılıqlı hörmət təşkil edir. Ölkələr arasında imzalanmış çoxsaylı sazişlər və strateji əməkdaşlıq sənədləri yalnız iqtisadi əlaqələri deyil, həm də siyasi sabitliyi möhkəmləndirir. Nəticədə, hər iki tərəf beynəlxalq platformalarda bir-birinə arxa duran, etibarlı tərəfdaş kimi çıxış edir.
Beləliklə, Azərbaycan və Qazaxıstanın dostluq münasibətləri artıq təkcə regional deyil, qlobal səviyyədə nümunə göstərilə biləcək bir əməkdaşlıq modelinə çevrilib. Bu modelin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad və davamlı sülh niyyəti dayanır.
YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva



