Siyasət
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi
Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, unudulmaz və müqəddəs xatirələri yad edilib.