GündəmAnalitikaOrduQarabağ və Şərqi Zəngəzur

“Dəmir yumruq” siyasəti ilə 44 gündə qazanılan Zəfər qələbəsi

Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməli xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrilmişdir. Bunun nəticəsidir ki, Qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq həm döyüş meydanında, həm mediada qələbə qazandı. “Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”, -deyən Ali Baş Komandan həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır! Yumruq sahibi “Dəmir yumruğ”unun gücünü və hikmətini xalqa belə açıqladı: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”
Bundan sonra da bir qüdrətli xalq olaraq heç kim bizi oz torpaqlarımızdan tərpədə bilməz. Çünki bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək döyüş meydanına yollandılar, torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Xankəndi bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qızıl hərflərlə yazdığı yeni tariximiz uğurlu olsun, xalqımızın, dövlətimizin həyatında yeni dövrün başlanğıcı xeyirli olsun. Tarixi Zəfərimizi bizə bəxş etmiş Müzəffər Ali Baş Komandanımız,Müzəffər Ordumuz, Müzəffər xalqımız var olsun!

Allah şəhidlərimizin ruhunu şad etsin!
Allah Qazilərimizə sağlamlıq nəsib etsin!
Tarixi Zəfərimiz, parlaq Qələbəmiz, şanlı bayramımız mübarək olsun!
Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button