
Bir müddətdir xərçəng müalicəsi alan Türkiyənin məşhur idman şərhçisi Sabri Uqan 62 yaşında vəfat edib.
Globalnews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Uqan “Medicana Zincirlikuyu” Xəstəxanasında dünyasını dəyişib.
Bir müddət əvvəl onun dünyasını dəyişdiyi haqda xəbərlər yayılsa da, o, xəbəri təkzib etmişdi.
Uqan iyunun 17-də sosial media hesabında xərçəngdən müalicə aldığını açıqlamışdı.
Qeyd edək ki, Sabri Uqan xüsusilə UEFA Çempionlar Liqası “Star” TV-də yayımlanan zamanlarda səsləndirdiyi matç şərhləri ilə futbolsevərlərin yaddaşına həkk olunub