
Azərbaycan COP29-a ev sahibliyi etməkdən böyük qürur hissi duydu. Bu tədbir ölkənin beynəlxalq iqlim dialoqunda fəal iştirakını və ətraf mühitin qorunmasına verdiyi önəmi nümayiş etdirdi. Ev sahibliyi yalnız prestij məsələsi deyil, həm də regionda davamlı inkişaf və ekoloji siyasətin təşviqi baxımından əhəmiyyətlidir.
COP29 çərçivəsində Azərbaycan iqlim dəyişikliklərinə qarşı tədbirlər, bərpa olunan enerji layihələri və karbon emissiyasının azaldılması sahəsindəki nailiyyətlərini təqdim etdi. Bu, həm dövlət strukturları, həm də özəl sektor üçün yeni əməkdaşlıq imkanlarının açılmasına şərait yaratdı.
Tədbir zamanı beynəlxalq iştirakçılar ölkənin təşəbbüslərini yüksək qiymətləndirdilər. Azərbaycan, xüsusilə yaşıl enerji, su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatında davamlı texnologiyaların tətbiqi mövzusunda region üçün nümunə oldu.
Ev sahibliyi həm də ölkənin diplomatik mövqeyini gücləndirdi. COP29 Azərbaycanın ekoloji məsuliyyətini və qlobal məsələlərə aktiv töhfəsini göstərən mühüm platformaya çevrildi.
YAP Xəzər rayon təşkilatının fəalı
Sünbül Həsənquliyeva