Analitika

COP29 artıq ötən ilin noyabrından dünya mediasının gündəmindədir

Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.

Prezident İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda “COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” çıxışında səsləndirilən tezislər dünya mediasının nəzərini yenidən bizim regiona yönəldib. Beynəlxalq tədbir dünya ictimaiyyətinin Azərbaycana verdiyi önəmin bir hissəsi olmaqla eyni zamanda məsuliyyət, təşkilatı məsələlər və nəticə üçlüsünə nail olunmasına ciddi yanaşma tələb edir. Beynəlxalq forumda ilk olaraq işğaldan azad edilən əsrarəngiz bölgələrimiz haqqında fikirlərini bölüşən ölkə rəhbəri, Laçın şəhərinin strateji önəmini, yaşıl gələcəyə hesablanmış fəaliyyət planlarında xüsusi yeri olduğunu bir daha bildirib. Haliyədə hərbi və siyasi yollarla azad olunan vətən torpaqlarında əsaslı yenidənqurma işləri həyata keçirildiyi, məcburi köçkünlərin yenidən doğma yurd-yuvalarına dönmələrinə hər cür şərait yaradıldığı vurğulanıb.

Azərbaycan Avropa İttifaqı üzvü olan ölkələr ilə, xüsusən də Almaniya ilə sıx və müştərək iqtisadi əlaqələrə malikdir. Son zamanlar bu əlaqələr daha intensiv xarakter daşıyıb. Fransadan fərqli olaraq Almaniyanın ədalətli və paritet mövqe sərgiləməsi münasibətlərin ruhuna öz müsbət təsirini göstərib. Avropanın liderliyə iddialı dövlətlərindən olan İtaliya ilə əlaqələr müstəqillikdən bəri hər zaman artan temp üzrə davam etmiş və bu gün də  ikili münasibətlərdə irəliləyiş gözəçarpan səviyyədə görsənməkdədir.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin başa çatmasına baxmayaraq, Qarabağın minalardan təmizlənməsi ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Qarabağ ərazisində basdırılan minalar Azərbaycanın ekologiyasına ciddi təsir göstərib. Bu təsirlər arasında əsas amil kənd təsərrüfatına ciddi ziyan vurmaq olub. Bu konfransda təqdimatın əsas məqsədi Azərbaycanda minalanmış ərazilərin problemini müzakirə etmək və həll etməkdir. Buna baxmayaraq hələ də mina təhlükəsi qalmaqdadır. Ermənilərin 2020-ci il müharibəsindən sonra Qarabağa gətirdikləri və əsasən Ermənistan istehsalı olan minalar hələ də vətəndaşlarımıza təhlükə törədir. Bunun üçün İrəvanın mina xəritələrini Azərbaycana verməsi şərtdir, əgər Ermənistan regionda sülhə əngəl olmadığını əməli ilə sübut etmək istəyirsə mina xəritələrini Azərbaycana verməli, gələcək sülhün yaranmasına mane olmamalıdır.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təkilatçısının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button