AnalitikaDünyaGündəmSiyasət

Cənubi Qafqazda Sülh və Almaniyanın Artan Təsiri

Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın Cənubi Qafqaz regionunda rolu və təsiri getdikcə artmaqdadır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli müstəvidə qalmayacaq, bölgəmizdə sülh və əmin-amanlığa töhfə verəcəkdir.

Sülh prosesində Almaniya hökumətinin göstərdiyi konstruktiv mövqe və xarici işlər nazirlərinin görüşlərinə ev sahibliyi etməsi yüksək qiymətləndirilir. Bu dəstək münaqişənin həlli və sülh sazişinin paraflanmasında mühüm mərhələlərdən biri olmuşdur.

Strateji dialoqun başlanması ilə imzalanan sənədlər Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını daha da gücləndirəcək. Almaniya və Azərbaycanın birgə səyləri bütün region üçün dayanıqlı inkişaf vəd edir.

Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button