
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası İngiltərənin “Çelsi” klubundan Joau Feliksi transfer edib.
Globalnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
London təmsilçisi forvardın satışından bonuslarla birlikdə 50 milyon avroya yaxın gəlir əldə edəcək.
Qeyd edək ki, Joau Feliks “Çelsi”yə 2024-cü ilin yayında İspaniyanın “Atletiko Madrid” klubundan keçib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib.
“Əl-Nəsr”də Feliksin Portuqaliya millisindən komanda yoldaşı