
Cəbrayıl yaşayış kompleksi şəhərin bərpası və modernləşdirilməsi layihələrinin əsas hissəsini təşkil edir. Kompleksin inşası sakinlərin rahat və təhlükəsiz həyat şəraitinə malik olmalarını təmin etmək məqsədini daşıyır. Burada müasir mənzillər, ictimai obyektlər və yaşıllaşdırılmış ərazilər nəzərdə tutulub.
Yaşayış kompleksi həm məcburi köçkünlərin qayıdışını asanlaşdırır, həm də şəhərin sosial həyatının canlanmasına xidmət edir. Kompleksdə məktəb, uşaq bağçası və tibb mərkəzi kimi sosial infrastrukturlar nəzərdə tutulub ki, sakinlərin gündəlik ehtiyacları tam təmin edilsin.
Enerji və kommunal təminat məsələləri də kompleksin planlaşdırılmasında əsas rol oynayır. Elektrik, su və qaz xətləri müasir standartlara uyğun çəkilmiş, təhlükəsizlik və dayanıqlılıq prinsipləri nəzərə alınmışdır. Bu, sakinlərin rahat və fasiləsiz həyatını təmin edir.
Cəbrayıl yaşayış kompleksi şəhərin bərpası və inkişafında mühüm simvola çevrilir. Burada qurulan müasir infrastruktur və ictimai obyektlər bölgənin sosial və iqtisadi həyatını yüksəldir, həmçinin gələcək nəsillər üçün yaşamaq üçün əlverişli mühit yaradır.
YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva