AnalitikaGündəmSiyasət

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir.

Azərbaycan bu gün dünyada bir çox transmillilayihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşkimi tanınır. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildəinkişaf etmişdir. Ulu öndər Heydər Əliyevin təməliniqoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildəistifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyəbaşladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyəçevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub QazDəhlizi”nin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda“Cənub Qaz Dəhlizi”nin, həmin il iyunun 12-də isəƏskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. CənubQaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollarabərabərdir. Bu və ya digər layihələrin reallaşmasıAzərbaycanın uğurları sırasındadır. TAP layihəsi, eləcə dəAvropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləriölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmikölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və“Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Xarici siyasət və nəticəyə hesablanmış diplomatikuğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütündigər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasındandaha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdəbeynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçünmünbit şərait yaradıb.

Ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyətigücləndirilib. Təchizat, silah-sursat, texnika, döyüşqabiliyyəti baxımından ordumuz güclü ordular sırasınadaxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyayaAzərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətinbərpa olunacağını göstərib. Ərazi bütövlüyümüzü təminetmək iqtidarında olan və bunu 44 günlük Vətənmüharibəsində təsdiqləyən müzəffər ordumuzun həmdöyüş qabiliyyəti artırılıb, həm də müasir hərbi texnika ilətəminat həyata keçirilib. Bu gün böyük fəxrlə qeydetdiyimiz “Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir” fikri təbii ki, ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir. Bu illər ərzində Azərbaycanhaqqın, ədalətin tərəfində olduğunu yürütdüyü müstəqilsiyasəti ilə bir daha dünyaya nümayiş etdirib.

Bu gün Azərbaycan azad edilmiş ərazilərdə sürətlibərpa və yenidənqurma işlərini davam etdirir. Buərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylısəfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışınıedir, yenilərinin təməlini qoyur. Bütün bunlar Azərbaycanıniqtisadi gücünün, inkişafının göstəricisidir.

Son 18 il ərzində Azərbaycan modernləşərək yenikeyfiyyət mərhələsinə qədəm qoyub, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişib. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemlivə ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təminedib. Dövlətimizin başçısının qürurla vurğuladığı kimi, buuğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasimühit, xalq-iqtidar birliyi dayanır.


İsmayıl
Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button