Siyasət

Budapeşt şəhərində Ümummilli Liderin xatirəsi anılıb

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Budapeşt şəhərində yaşayan həmvətənlərimiz və ölkəmizə rəğbət göstərən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Səfir Tahir Tağızadə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs edib, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. O, Ümummilli Lider tərəfindən əsası qoyulmuş və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail olunduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb.

Oxşar Xəbərlər

Back to top button