
İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcını simvolizə etdi. Prezident çıxışında bərpaolunan enerji sahəsində atılan bu mühüm addımın ölkənin iqtisadi və ekoloji gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və ölkənin bərpaolunan enerji potensialının reallaşdırılmasında mühüm rol oynayacaq. Prezident çıxışında vurğuladı ki, bu layihə Azərbaycanın xarici sərmayələr üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. “ACWA Power” kimi nüfuzlu beynəlxalq şirkətin ölkədə bu miqyasda layihəyə sərmayə qoyması, Azərbaycanın sabit və şəffaf investisiya mühitinin göstəricisidir.
İlham Əliyev Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq olduğunu və 2050-ci ilə qədər “xalis sıfır emissiya” hədəfinə çatmaq üçün bu cür layihələrin vacib olduğunu bildirdi. O, qeyd etdi ki, ölkə artıq yaşıl enerji istehsalında regional liderliyə iddialıdır. Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey və “ACWA Power” şirkətinin təsisçisi Məhəmməd Əbunəyyan da çıxış edərək, Azərbaycanın yaşıl enerji sahəsindəki liderlik təşəbbüslərini yüksək qiymətləndirdilər.
Prezident İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışındakı çıxışı, Azərbaycanın enerji siyasətində bərpaolunan mənbələrə keçidin prioritet olduğunu bir daha nümayiş etdirdi. Bu layihə təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan ölkənin gələcəyinə qoyulan strateji sərmayədir.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası , məsləhətçi



