İqtisadiyyat

Bu il Rusiyada ən çox Vahid Ələkbərov qazanıb

“Bloomberg” 2023-cü ildə Rusiyanın ən çox varlanan milyarderinin adını açıqlayıb.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovdur.

Milyarder 2023-cü ilin əvvəlindən 4,8 milyard dollar qazanıb.

Qeyd edək ki, Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl” şirkətinin prezidenti olub. O, aprelin 21-də direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edərək artıq şirkətlə heç bir şəkildə əlaqəli olmadığını elan edib.

O, qərarını Böyük Britaniya və Avstraliyanın “Lukoyl”un inkişafına mane ola biləcək şəxsi sanksiyaları ilə izah edib. London və Kanberra iş adamının öz ərazilərinə daxil olmasını qadağan edib və bütün aktivlərini bloklayıb.

Oxşar Xəbərlər

Back to top button