AnalitikaGündəmSiyasət

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixin dərinliklərinə söykənən dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edir. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu tərəfdaşlığın davamlılığını və gələcək perspektivlərini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan və Rusiya həmişə çətin vaxtlarda bir-birinə dəstək olub və dostluq münasibətlərini qoruyub saxlayıb. Bu, real hadisələrə və mövcud əməkdaşlıq təcrübəsinə əsaslanan bir həqiqətdir.

İki ölkə arasında münasibətlər tarixi, mədəni və iqtisadi əlaqələrə əsaslanır. Xüsusilə, keçmiş Sovet məkanında uzun illər boyu formalaşmış qarşılıqlı əlaqələr və əməkdaşlıq ənənələri bu gün də öz əhəmiyyətini saxlayır. Hər iki ölkə beynəlxalq səviyyədə bir çox məsələlərdə yaxın mövqelərə malikdir, bu da onların regional və qlobal sabitliyə töhfə verməsinə şərait yaradır.  “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan və Rusiya bundan sonra da dostluq və tərəfdaşlıq münasibətlərini qorumağa davam edəcək. İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün yeni sahələrdə əməkdaşlıq perspektivləri genişdir. Enerji keçidi, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və alternativ enerji mənbələri bu sahələr arasında xüsusi yer tutur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, – deyən dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.

Ölkə başçısı müsahibəsi zamanı Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrin genişlənməsinə, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Rusiya şirkətlərinin iştirakına xüsusi olaraq toxundu. Qeyd edildi ki, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. Azərbaycana səfəri çərçivəsində Həştərxanlı qonaqlar bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda olublar. Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.

Azərbaycan və Rusiya arasındakı münasibətlər yalnız bu günün deyil, gələcəyin də təminatıdır. Prezidentlərin müntəzəm olaraq keçirdiyi görüşlər və imzalanan sənədlər, qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu sübut edir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına müsbət təsir göstərir.Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və beynəlxalq arenada öz maraqlarını uğurla müdafiə etməsi, Rusiya ilə tərəfdaşlığın güclənməsinə əlavə stimul verir. Hər iki tərəf bu münasibətlərin daha da inkişaf edəcəyinə, yeni iqtisadi və strateji layihələrlə zənginləşəcəyinə inanır.

Rusiya və Azərbaycanın etibarlı tərəfdaş olması, nəinki iki ölkə üçün, həm də regionun sabitliyi və rifahı üçün vacibdir. Hər iki ölkənin xalqları bu münasibətlərin dəyərini anlayır və gələcəyə nikbin gözlərlə baxır. Nəticə olarağ bu gün Azərbaycan və Rusiya arasında mövcud olan qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri, gələcəkdə daha böyük uğurlara imza atmaq üçün möhkəm zəmin yaradır. Bu dostluq və tərəfdaşlıq modeli, digər ölkələr üçün də nümunəvi bir əlaqə formatıdır. Azərbaycan və Rusiya, iki etibarlı tərəfdaş kimi, gələcəkdə də birgə inkişafı hədəfləyir.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin
tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button